Logo
    main-post-cover

    Xiaomi 8 smartfon modelinin dəstəyini dayandırıb

    Cihazlar+
    25.07.2023
    Emil
        Görünür, Xiaomi şirkəti əvvəlki illərdə satışa çıxmış bəzi smartfonlarının dəstəklərini dayandırmaq qərarına gəlib. İnsayderlərin verdikləri məlumata əsasən şirkət EOS (End of Support) siyahısına 8 smartfonunu daxil edib. Söhbət, Redmi 9, Redmi 9A, Redmi 9C, Redmi Note 9, Redmi Note 9 Pro, Xiaomi Mi 10, Xiaomi Mi 10 ProXiaomi Mi 10 Ultra smartfonları daxil olublar. Sözügedən smartfonlar artıq əməliyyat sistemi və aylıq təhlükəsizlik yenilənmələrini əldə etməyəcəklər. Qeyd etmək lazımdır ki, şirkət Mi 10, Redmi 9 və Redmi Note 9 smartfon seriyalarını 2020-ci ildə təqdim etmişdi. Sözügedən seriyaların smartfonları hal hazırda MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışırlar.
    Paylaş
    Bənzər xəbərlər