Logo
    main-post-cover

    Xiaomi Black Shark 4 gamer smartfonunun bəzi texniki özəllikləri ortaya çıxıb

    Cihazlar+
    02.02.2021
        Bu ilin əvvəlində Xiaomi şirkəti Black Shark 4 gamer smartfonunun təqdim olunacağına işarə edən reklam plakatını təqdim etmişdi. Daha sonra sözügedən smartfon AnTuTu testlərindən keçmişdi. İndi isə Black Shark 4 Çinin TENAA adlı təşkilatının məlumatlar bazasında ortaya çıxıb. Beləliklə smartfonun bir sıra texniki özəllikləri məlum olub. SHARK KSR-A0 kod adına sahib Black Shark 4 smartfonu TENAA-da sertifikatlaşdırmadan keçib. Sertifikatlaşdırma çərçivəsində ortaya çıxmış məlumata əsasən Black Shark 4 smartfonu əvvəlki model kimi 6.67 düym ekrana sahib olacaq.
        Bununla yanaşı smartfon 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Maraqlısı ondadır ki, Black Shark 3 modeli 4720 mAh enerji tutumlu batareyaya sahibdir. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, smartfon Full HD+ keyfiyyətli ekran və Snapdraogn 888 prosessoru ilə təchiz olunacaq. Black Shark 4-ün Android 11 vasitəsilə çalışacağı güman edilir. Smartfonun qiyməti və nə zaman təqdim olunacağı barəsində bir məlumat yoxdur.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi Black Shark 4 gamer smartfonunun bəzi texniki özəllikləri ortaya çıxıb | Technote