main-post-cover

    Xiaomi Black Shark 5 gamer smartfonunun bəzi texniki özəllikləri barəsində məlumat verilib

    Cihazlar+
    11.01.2022
    Farid Pardashunas
        Dünən məlumat ortaya çıxmışdı ki, Çinin ən böyük şirkətlərindən biri olan Tencent Xiaomi-nin Black Shark smartfon brendini almaq istəyir. Bununla da Tencent Black Shark brendi adı altında VR cihazların istehsalını planlaşdırır. Lakin bu cür məlumatların ortaya çıxmalarına baxmayaraq Digital Chat Station ləqəbli nüfuzlu insayder qeyd edib ki, Xiaomi Black Shark 5 smartfon seriyasının təqdimatına hazırlaşır. Bununla yanaşı insayder sözügedən yeni smartfonun sahib olacağı texniki özəlliklər barəsində məlumatlar da verib.
        Beləliklə insayderin verdiyi məlumata əsasən Black Shark 5 gamer smartfonu Snapdragon 8 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bəzi məlumatlara əsasən Black Shark 5 Pro modelinin əsas fərqli cəhəti ondan ibarət olacaq ki, o, 144 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 6.8 düym AMOLED ekran ilə təchiz olunacaq. Black Shark 5 smartfon seriyasının təqdimatı bu il baş tutmalıdır. Lakin dəqiq təqdimat tarixi barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər