Xiaomi Black Shark 5 və Black Shark 5 Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi Black Shark 5 və Black Shark 5 Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
31.03.2022 PAYLAŞIM

    Xiaomi-nin Black Shark brendi gamerlər üçün nəzərdə tutulmuş Black Shark 5 smartfon seriyasını təqdim edib. Sözügedən seriyaya adi Black Shark 5 ilə yanaşı həmçinin Black Shark 5 Pro modeli də daxil olub. Smartfonların arasında xarici görünüş baxımından heç bir fərq yoxdur. Onlar sadəcə olaraq bəzi texniki özəlliklərə görə fərqlənirlər. İlk növbədə Black Shark 5 Pro modelindən başlayaq. Sözügedən model flaqman texniki özəlliklər ilə yanaşı həmçinin unikal gövdə konstruksiyasına sahibdir. Həmin konstruksiya sayəsində smartfon gövdəsi əlavə idarəetmə düymələri hesabına gamepad-a çevrilir. Black Shark 5 Pro modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.7 düym AMOLED ekran ilə təchiz olunub.


    Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Smartfonun sağ hissəsinə isə fiziki idarəetmə düymələri inteqrasiya edilib və onlar gövdənin daxilində yerləşirlər. Hər hansısa mobil oyuna daxil olan zaman həmin düymələr gövdə daxilindən xarici istiqamətə çıxırlar və oyunlarda rahat idarəetməni təmin edirlər. Bundan əlavə olaraq smartfonun arxa paneli RGB işıqlandırmaya sahibdir. Bu isə bir daha onun gamerlər üçün nəzərdə tutulmuş smartfon olduğunu sübut edir.

    Əsas texniki göstəricilərə gəldikdə isə Black Shark 5 Pro modeli Snapdragon 8 Gen 1 prosessoru, 8/12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 108 MP + 13 MP (120 dərəcə bucaq əhatəsi) + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4650 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonda naqilsiz şarj texnologiyasının dəstəyi yoxdur. Smartfonda həmçinin təkmilləşdirilmiş soyutma sistemi də reallaşdırılıb. Reallaşdırılmış soyutma sistemi çərçivəsində smartfonun daxili konstruksiyasına 2 ədəd mis plastin yerləşdirilib. Onlar isə öz növbələrində qızma ilə bağlı olan problemləri aradan qaldırırlar. Smartfon hələ ki, Çində satışa çıxacaq və satışlara aprelin əvvəlində start verilməlidir. Onun Çindəki satış qiymətləri isə aşağıdakı kimi olacaq:

- 8 GB RAM + 256 GB yaddaş - 661$

- 12 GB RAM + 256 GB yaddaş - 739$

- 16 GB RAM + 512 GB yaddaş - 865$.

    Əvvəldə də qeyd edildiyi kimi adi Black Shark 5 modeli xarici görünüşcə Pro modelin eynisidir və yalnız bəzi texniki özəlliklər baxımından ondan fərqlənir. Belə ki, smartfon Snapdragon 8 Gen 1 prosessoru əvəzinə Snapdragon 870 prosessoru ilə təchiz olunub və yalnız 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcminə sahibdir. Bundan əlavə olaraq adi Black Shark 5 modelinin üçlü arxa kamerasının əsas obyektivi 108 MP əvəzinə 64 MP-dir. Digər bütün özəlliklər baxıından smartfon Pro modelin eynisidir. Black Shark 5-in də satışlarına gələn ayın əvvəlində start verilməlidir. Onun Çində satış qiymətləri aşağıdakı kimi olacaq:

- 8 GB RAM + 128 GB yaddaş - 440$

- 12 GB RAM + 128 GB yaddaş - 472$

- 12 GB RAM + 256 GB yaddaş - 519$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12S-in güman edilən ilk real fotosu internetdə ortaya çıxıb

Çinin Weibo sosial şəbəkəsində Xiaomi 12 seriyasının yeni modelinin ilk real fotosu ortaya çıxıb...


Nothing şirkətinin ilk smartfonu olacaq Nothing Phone (1) haqqında yeni məlumatl..

8 il bundan öncə ilk OnePlus One smartfonunda olduğu kimi OnePlus şirkətinin keçmiş həmtəsisçisi Car..


Samsung öz flaqman smartfonlarında Exynos prosessorlarının istifadəsindən imtina..

Samsung şirkəti Galaxy S22 smartfonlarında AMD RDNA 2 arxitekturası əsaslı qrafikaya sahib Exynos 22..


Redmi Note 11T Pro və Note 11T Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ

Redmi brendinin Redmi Note 11 smartfon seriyasına yeni modellər daxil olublar.


Motorola 200 MP-lik kameraya sahib yeni flaqman smartfon üzərində çalışdığını tə..

Motorola şirkəti özünün yeni flaqman smartfon modelinin ilk tizer fotosunu təqdim edib.


Yeni OnePlus Nord 2T smartfonu təqdim edilib - QİYMƏTİ

Sözügedən smartfon keçən ilki OnePlus Nord 2-nin bir qədər təkmilləşdirilmiş versiyasıdır...

×