
Xiaomi Black Shark 6 gaming smartfonunun bəzi texniki özəllikləri açıqlanıb
Keçən il təqdim edilmiş Snapdragon 8 Gen 2 prosessoru artıq tədricən daha çox smartfona quraşdırılır. Bu isə o deməkdir ki, yaxın zamanda bu prosessor vasitəsilə çalışan ilk gaming smartfonları təqdim olunacaq. Digital Chat Station ləqəbli məşhur insayder həmin smartfonlardan biri barəsində ilk məlumatları artıq təqdim edib. Söhbət, Xiaomi Black Shark 6 gaming smartfonundan gedir. Beləliklə insayderin verdiyi məlumata əsasən Xiaomi Black Shark 6 smartfonu 2K keyfiyyətli yastı ekrana sahib olacaq.
Ekranın yuxarı hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 64 MP-lik əsas arxa kameranı, stereo səsgücləndiriciləri və ən güclü soyutma sistemini birləşdirəcək. İnsayder qeyd edib ki, smartfonun gövdəsində keramikadan istifadə ediləcək. Batareyaya gəldikdə isə Black Shark 6 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, təqdim edilmiş bu özəlliklər Black Shark 6 Pro-ya da aid ola bilər.
Paylaş
Bənzər xəbərlər