
Xiaomi CIVI 3 smartfonu barəsində ilk məlumatlar verilib
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim edilməmiş smartfonlar barəsində məlumatlar verməyə davam edir. Bu dəfə insayder Xiaomi şirkətinin təqdim edilməmiş CIVI 3 smartfonu barəsində məlumatları təqdim edib. Beləliklə insayderin təqdim etmiş olduğu məlumatlara əsasən CIVI 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli AMOLED ekran ilə təchiz olunacaq. CIVI 2-dən fərqli olaraq CIVI 3 smartfonu MediaTek şirkətinin prosessoru vasitəsilə çalışacaq.
Gözləntilərə əsasən söhbət, MediaTek Dimensity 8200 prosessorundan gedir. Smartfon həmçinin üçlü arxa kameraya sahib olacaq. İnsayder əsas arxa kameranın göstəricisi barəsində məlumat verməsə də qeyd edib ki, söhbət, Sony IMX800 adlı kamera obyektivindən gedir. CIVI 3-də əlavə olaraq 20 MP-lik genişbucaqlı obyektiv və 2 MP-lik makroobyektiv olacaq. Ön kameraya gəldikdə isə o, 32 MP-lik olacaq. CIVI 3-ün digər texniki özəllikləri və nə zaman təqdim olunacağı barəsində məlumat verilməyib.
Paylaş
Bənzər xəbərlər