Logo
    main-post-cover

    Xiaomi CIVI 3 smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    22.05.2023
        Xiaomi şirkəti yaxın zamanda CIVI 3 smartfonunu təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən smartfon Geekbench testlərindən keçib. Məlumatda qeyd edilib ki, Xiaomi CIVI 3 smartfonu MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 12 GB RAM-a sahib versiyası keçib. Beləliklə Xiaomi CIVI 3 Geekbench-in bir nüvəli testi çərçivəsində 1148 xal, çox nüvəli testi çərçivəsində isə 3356 xal toplayıb. Smartfonun 30 may tarixində təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi CIVI 3 smartfonu Geekbench testlərindən keçib | Technote