Logo
    main-post-cover

    Xiaomi CIVI 3 smartfonunun hansı prosessora sahib olacağı məlum olub

    Cihazlar+
    18.05.2023
        Xiaomi şirkəti Çinin Weibo adlı sosial şəbəkəsində CIVI 3 smartfonu ilə bağlı ilk tizer fotoları təqdim edib. Təqdim edilmiş fotolardan CIVI 3-ün hansı prosessor vasitəsilə çalışacağı məlum olub. Beləliklə Xiaomi CIVI 3 smartfonu MediaTek Dimensity 8200 Ultra prosessorunu əldə edəcək ilk smartfon olacaq. Bu prosessor Dimensity 8200-ün bir qədər təkmilləşdirilmiş versiyası olmalıdır. Lakin MediaTek Dimensity 8200 Ultra-nı hələ təqdim etməyib.
        Buna görə də onun texniki özəllikləri barəsində dəqiq bir məlumat yoxdur. CIVI 3-ün digər texniki özəlliklərinə gəldikdə isə smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli AMOLED ekran və ikili ön kamera ilə təchiz olunacağı gözlənilir. Bununla yanaşı smartfon 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə də sahib olmalıdır. Xiaomi CIVI 3-ün nə zaman təqdim olunacağı barəsində məlumat yoxdur. Lakin onun gələn ayın əvvəlində təqdim ediləcəyi gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi CIVI 3 smartfonunun hansı prosessora sahib olacağı məlum olub | Technote