Xiaomi CIVI 3 smartfonunun xarici görünüşü sərgilənib

Xiaomi CIVI 3 smartfonunun xarici görünüşü sərgilənib

Mobil Cihazlar
22.05.2023 PAYLAŞIM

    Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi-nin rəsmi səhifəsi CIVI 3 smartfonunun reklam posterlərini təqdim edib. Təqdim edilmiş reklam posterlərində smartfonun xarici görünüşü sərgilənib. Bununla yanaşı posterlərdə smartfonun texniki özəllikləri də yerləşdirilib. Posterlər vasitəsilə smartfonun arxa panel dizaynını qiymətləndirmək olar. Fotolardan da görmək olar ki, CIVI 3-ün arxa panelində kameraları özündə birləşdirəcək böyük ölçülü dairəvi sahə yerləşəcək.


    Xiaomi posterlər vasitəsilə təsdiqləytib ki, CIVI 3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran və 32 MP-lik ikili ön kamera ilə təchiz olunacaq. Son məlumat sızıntılarına əsasən isə CIVI 3 MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışacaq və özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smartfon 25 may tarixində təqdim ediləcək.



DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×