Xiaomi CIVI 3-ün ön paneli sərgilənib

Xiaomi CIVI 3-ün ön paneli sərgilənib

Mobil Cihazlar
23.05.2023 PAYLAŞIM

    Xiaomi şirkəti CIVI 3 smartfonu barəsində müxtəlif məlumatları özlərində birləşdirən tizer posterləri təqdim etməyə davam edir. Bu dəfə Çinin Weibo adlı sosial şəbəkəsində şirkət tərəfindən təqdim edilmiş yeni tizer posterlərində CIVI 3-ün ön paneli əks olunub. Posterlərdən də görmək olar ki, smartfon ikili ön kameraya sahib olacaq və ön kameralar ekranın yuxarı mərkəz hissəsində yerləşəcək oval formalı çıxıntı daxilində olacaqlar.


    Sözügedən oval formalı çıxıntı hissə bir növ iPhone 14 Pro modellərinin ekranlarında reallaşdırılmış Dynamic Island çıxıntısını xatırladır. Məlumatda həmçinin qeyd edilib ki, CIVI 3-ün hər iki ön kamerası 32 MP-lik olacaq və onlar 4K keyfiyyətində videolar çəkə biləcəklər. Birinci kamera 78 dərəcə bucaq əhatəsini, ikinci kamera isə 100 dərəcə bucaq əhatəsini təmin edəcək. Qeyd etmək lazımdır ki, CIVI 3 smartfonu MediaTek Dimensity 8200 Ultra prosessoru vasitəsilə çalışacaq. Smartfonun təqdimatı 25 may tarixində baş tutacaq.



DAHA ÇOX


Məşhur insayder OnePlus 12 flaqman smartfonu barəsində yeni məlumatlar verib..

Artıq məlumdur ki, OnePlus şirkəti hal hazırda OnePlus 12 flaqman smartfonu üzərində çalışır...


Büdcəli Redmi 12-nin render fotoları ortaya çıxıb

Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır...


Samsung Galaxy Z Flip 5-in texniki özəllikləri insayderlər tərəfindən təsdiqləni..

Samsung-un yeni qatlana bilən smartfonları olacaq Galaxy Z Fold 5 ilə Z Flip 5 barəsində məlumatlar ..


Galaxy Z Fold 5 ilə Z Flip 5-in nə zaman təqdim olunacağı Samsung tərəfindən təs..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti öz yeni qatlana bilən s..


Qatlana bilən Honor Magic V2 smartfonu təqdimata hazırlaşır

2 ay bundan öncə Honor şirkəti Honor Magic Vs adlı qatlana bilən smartfonunu təqdim etmişdi. ..


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..

×