Logo
    main-post-cover

    Xiaomi CIVI 4 smartfonunun texniki göstəriciləri barəsində ilk məlumatlar verilib

    Cihazlar+
    20.09.2023
    Emil
        Xiaomi CIVI smartfon seriyasının növbəti modeli barəsində ilk məlumatlar internetdə ortaya çıxıb. Söhbət, Xiaomi CIVI 4-dən gedir. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Xiaomi CIVI 4 smartfonu 18 GB-a kimi RAM 1 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bununla yanaşı smartfon özündə 4600 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Məlumatda qeyd edilib ki, CIVI 3 ilə müqayisədə CIVI 4-ün ön kamerası daha təkmilləşdirilmiş olacaq. İnsayderlərin sözlərinə əsasən CIVI 4 smartfonu Snapdragon SM7550 kod adına sahib hələ təqdim edilməmiş prosessor vasitəsilə çalışacaq və o, performans baxımından Snapdragon 7+ Gen 2-dən daha zəif olacaq. Xiaomi CIVI 4-ün gələn ilin birinci yarısında təqdim ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər