main-post-cover

    Xiaomi CEO-su Mi Mix 4 smartfonunun təqdim olunacağını elan edib

    Cihazlar+
    08.02.2021
    Farid Pardashunas
        Artıq 2 ildən çoxdur ki, Xiaomi şirkəti Mi Mix smartfon seriyasını yeniləmir. Bunun yerinə internetdə mütəmadi olaraq sözügedən seriyasının yeni smartfonu barəsində bir sıra məlumatlar ortaya çıxırdı. İndi isə Xiaomi-nin CEO-su Lei Jun, Mi Mix seriyasının yeni smartfonunun təqdim olunacağını rəsmi olaraq elan etməklə internetdə gəzmiş çoxlu sayda şayiələrə son qoyub. Keçirilmiş press konfrans çərçivəsində Lei Jun bildirib ki, Xiaomi Mi Mix 4 smartfonu artıq satışa çıxmağa hazırlaşır və şirkət onu bu il təqdim edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, yeni Mi Mix modeli yastı ekran ilə təchiz olunacaq. Xiaomi Mi Mix 4-ün texniki özəllikləri və onun nə zaman təqdim olunacağı barəsində bir məlumat hələki yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər