Logo
    main-post-cover

    Xiaomi CEO-su Redmi K60 Extreme Edition-un bəzi özəlliklərini təsdiqləyib

    Cihazlar+
    07.08.2023
        Artıq məlumdur ki, Xiaomi-nin Redmi brendi bu ay ərzində Redmi K60 Extreme Edition smartfonunu təqdim edəcək. Rəsmi məlumata əsasən sözügedən yeni smartfon MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışacaq. İndi isə Xiaomi şirkətinin CEO-su Lu Weibing Redmi K60 Extreme Edition barəsində yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən smartfon Furious Engine 2.0 adlı proqram təminatını əldə edəcək.
        Sözügedən proqram təminatı mobil oyunların oynanılması, videoların izlənməsi və s. kimi ssenarilər çərçivəsində smartfonun performans göstəricilərini optimizasiya edəcək. Bununla yanaşı Xiaomi CEO-su təsdiqləyib ki, Redmi K60 Extreme Edition 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekranı özündə birləşdirəcək. Daha öncəki məlumat sızıntılarına inansaq smartfon 50 MP-lik əsas arxa kameranı və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi CEO-su Redmi K60 Extreme Edition-un bəzi özəlliklərini təsdiqləyib | Technote