
Xiaomi CIVI 4 Pro smartfonunun təqdimatı anons edilib
Cihazlar+
19.03.2024
Emil
Xiaomi şirkəti özünün CIVI smartfon seriyasının yeni modelinin təqdimatını anons edib. Söhbət, Xiaomi CIVI 4 Pro smartfonundan gedir. Şirkətin rəsmi təqdimat posterinə əsasən Xiaomi CIVI 4 Pro smartfonu 21 mart tarixində Çində təqdim olunacaq. Məlumata əsasən Xiaomi CIVI 4 Pro bazarda Snapdragon 8s Gen 3 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Bununla yanaşı smartfonun özündə OLED ekranı, üçlü arxa kameranı və 4500-5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
