main-post-cover

    Xiaomi CIVI 4 Pro təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    27.03.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti özünün CIVI seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Xiaomi CIVI 4 Pro-dan gedir. Bu yeni smartfon orijinal dizayn ilə yanaşı demək olar flaqman prosessoru, maksimal dərəcədə nazik çərçivəyə sahib ekranı və təkmilləşdirilmiş kameraları əldə edib. Beləliklə Xiaomi CIVI 4 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2750x1236 piksel keyfiyyətli 6.55 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində oval formalı çıxıntı yerləşir. Üstəlik ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib.
         Xiaomi CIVI 4 Pro özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smartfon Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 12/16 GB RAM i256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP (f/1.63 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 50 MP (f/1.98 diafraqma, 2 qat optik zoom) üçlü arxa kameranı və 32 MP (f/2.0 diafraqma, avtofokus, 78 dərəcə bucaq əhatəsi) + 32 MP (f/2.4 diafraqma, 100 dərəcə bucaq əhatəsi) ikili ön kameranı əldə edib.
         Batareyaya gəldikdə isə Xiaomi CIVI 4 Pro 67 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan Android 14 əsaslı HyperOS 1.0 vasitəsilə çalışır. Xiaomi CIVI 4 Pro artıq Çində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Çindəki satış qiymətləri isə aşağıdakı kimidir.
    - 12 GB RAM + 256 GB yaddaş - 415$
    - 12 GB RAM + 512 GB yaddaş - 456$
    - 16 GB RAM + 512 GB yaddaş - 498$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 15-i əldə edəcək Xiaomi, Redmi və Poco cihazlarının qeyri-rəsmi siyahısı ortaya çıxıb
    android-15-i-elde-edecek-xiaomi-redmi-ve-poco-cihazlarinin-qeyri-resmi-siyahisi-ortaya-cixib
    Xiaomi Black Shark GT3 smart saatı təqdim olunub - QİYMƏTİ
    xiaomi-black-shark-gt3-smart-saati-teqdim-olunub-qiymeti
    Xiaomi CIVI 4 Pro smartfonunun təqdimatı anons edilib
    xiaomi-civi-4-pro-smartfonunun-teqdimati-anons-edilib
    Xiaomi Mix Flip-in sxematik fotosu təqdim edilib
    xiaomi-mix-flip-in-sxematik-fotosu-teqdim-edilib
    POCO öz ilk planşeti üzərində çalışır
    poco-oz-ilk-planseti-uzerinde-calisir