
Xiaomi daha 11 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb
Cihazlar+
30.07.2024
Emil
Xiaomi şirkəti özünün EOS (End Of Support) siyahısına daha 11 smartfonu əlavə edib. Söhbət, Mi 10S, Mi 10 Pro, Mi 10, Mi 10 Ultra, Mi 11 Lite 5G, Redmi Note 10 Pro, Redmi Note 10, Redmi Note 10 5G, Redmi Note 10T, Redmi Note 8 və POCO M3 Pro 5G smartfonlarından gedir. Adları sadalanmış bu smartfonların EOS siyahısına daxil edilməsi o deməkdir ki, onlar bundan sonra əməliyyat sistemi yenilənmələrini və aylıq təhlükəsizlik yenilənmələrini artıq əldə etməyəcəklər. Beləliklə Xiaomi sözügedən smartfonların dəstəklərini rəsmi şəkildə dayandırmış oldu. Qeyd etmək lazımdır ki, bu smartfonlar 2020-2021-ci illərdə təqdim edilmişdi. Satışa çıxdıqları zaman onlar qutudan Android 10/11 vasitəsilə çalışırdılar.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
