
Xiaomi daha 4 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırdı
Cihazlar+
27.10.2023
Emil
Xiaomi şirkəti özünün EOS (End of Support) siyahısına növbəti smartfonları daxil edib. Qeyd etmək lazımdır ki, sözügedən siyahıya daxil edilmiş smartfonlar daha Android və təhlükəsizlik yenilənmələrini əldə etmirlər. Yəni bu siyahıdakı smartfonların dəstəkləri rəsmi şəkildə dayandırılmış olur. Beləliklə Xiaomi sözügedən siyahısına Xiaomi Mi 10T, Xiaomi 10T Pro, POCO X3 və POCO X3 NFC smartfonlarını daxil edib. Beləliklə adları sadalanmış bu smartfonlar bundan sonra Android, MIUI və təhlükəsizlik yenilənmələrini rəsmi şəkildə əldə etməyəcəklər.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
