main-post-cover

    Xiaomi-dən xoşagəlməz sürpriz: Mi 11 smartfonunun qutusunda bu cihaz olmayacaq

    Cihazlar+
    27.12.2020
    Farid Pardashunas
        2 ay bundan öncə iPhone 12 modellərinin qutularında şarj cihazının olmamasını zarafatla qarşılamış şirkətlər arasında Xiaomi də var idi. Həmin vaxtda Xiaomi iPhone 12 modellərindən fərqli olaraq öz smartfonlarının qutularını şarj cihazı ilə təchiz etdiyini bildirmişdi. İndi isə Xiaomi şirkətinin general direktoru olan Lei Jun bildirib ki, Xiaomi-nin yeni flaqman smartfonunun alıcılarını sürpriz gözləyir. Bu barədə 4pda saytı xəbər verib.
        Xiaomi-nin təsisçisi və general direktoru olan Lei Jun, Weibo sosial şəbəkəsində bildirib ki, yeni flaqman smartfonu olacaq Mi 11-in qutusunda şarj cihazı olmayacaq. Bu cür qərarın əsas səbəbi kimi isə Apple şirkətinin arqumenti gətirilib. Belə ki, Xiaomi də Apple kimi ətraf mühitin təmizliyini düşündüyü üçün bu cür qərarı qəbul edib. Lei Jun-un təqdim etmiş olduğu Mi 11 qutusunun fotosundan da görmək olar ki, qutu bir qədər nazikləşib. Qeyd etmək lazımdır ki, Xiaomi Mi 11-in təqdimatı bugün baş tutacaq və bu smartfon Snapdragon 888 prosessorunu əldə edəcək ilk smartfon modeli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər