
Xiaomi elastiki ekrana sahib qeyri-adi cihazı patentləşdirib
İnternetdə Xiaomi şirkətinin yeni patent sorğusunun təsvirləri ortaya çıxıb. Həmin təsvirlərdə qeyri-adi dizayna sahib smartfon əks olunub. Təsvirlərdə əks edilmiş smartfonun qeyri-adiliyi isə ondan ibarətdir ki, şirkət onda ənənəvi qatlanma mexanizmini deyil, çıxış yeri olan silindr formalı gövdəni təklif edir. Təsvirlərdən də görmək olar ki, bu cür cihazın ekranını gövdədə olan çıxış hissədən dartaraq çıxartmaq olar.
Bu isə o deməkdir ki, bu cür cihaz elastiki ekrana sahibdir. Cihazın yuxarı hissəsində hərəkətli kamera obyektivi mövcuddur. Təsvirlərdən birində isə cihaz ekranının ətrafında çərçivələrə bənzər elementlərin olduqlarını görmək olar. Lakin patent sorğusunda şirkət cihazın konstruksiyası barəsində ətraflı bir məlumat təqdim etməyib. Şirkətin həqiqətən də bu cür cihazı istehsal edib-etməyəcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər