
Xiaomi gələcək orta büdcəli smartfonlarına flaqman özəllikləri əlavə edəcək
Bir çox smartfon istehsalçısı öz orta büdcəli smartfonlarını bəzi flaqman özəlliklərdə təmin edir. Görünür, Xiaomi də bu cür şirkətlər siyahısında olmağı hədəfləyib. Belə kmi, insayderlərin vermiş olduqları yeni məlumatlara əsasən Xiaomi özünün orta büdcəli smartfonlarına yeni flaqman özəllikləri gətirəcək. Söhbət, 200 MP-lik əsas arxa kameradan və 4 qat zoom-a sahib teleobyektivdən gedir.
Bununla yanaşı şirkətin gələcək orta büdcəli smartfonları 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəklər və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqlar. İnsayderlər bildiriblər ki, Xiaomi gələcək orta büdcəli smartfonlarını 1.5K keyfiyyətli kənarları əyilmiş ekranlarla təmin etməyi planlaşdırır. Şirkətin gələcək orta büdcəli smartfonlarından hansılarının bu cür özəlliklərə sahib olacaqları isə bilinmir.
Paylaş
Bənzər xəbərlər