main-post-cover

    Xiaomi, Honor və Huawei ilin sonuna kimi Tandem OLED ekrana sahib planşetlərini təqdim edəcəklər

    Cihazlar+
    19.08.2024
    Emil Nəcəfov
         Bu ilin əvvəlində təqdim edilmiş Honor Magic 6 Ultimate smartfonu və may ayında təqdim edilmiş iPad Pro 2024 planşeti Tandem OLED ekrana sahibdirlər. Bu, üst-üstə quraşdırılmış 2 ədəd OLED ekrandan təşkil edilmiş vahid ekrandır. İki laylı OLED ekranlar daha yüksək parlaqlıqları və daha uzun müddət ərzində xidmət göstərmələri ilə seçilirlər. İndi isə məlum olub ki, Xiaomi, Honor Huawei şirkətlərinin bu ilki flaqman planşetləri məhz Tandem OLED ekranı əldə edəcəklər.
         Adları sadalanmış bu şirkətlər arasında Tandem OLED ekrana sahib ilk planşetini Xiaomi təqdim edə bilər. Belə ki, şirkət hal-hazırda Xiaomi Pad 7 planşet seriyasının təqdimatına hazırlaşır. Bu seriyaya adi Xiaomi Pad 7 ilə yanaşı Xiaomi Pad 7 Pro modeli də daxil olacaq. Tandem OLED ekranı məhz Xiaomi Pad 7 Pro modelində gözləmək olar. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, gələn il təqdim ediləcək Xiaomi 15 Ultra smartfonu da Tandem OLED ekranı əldə edə bilər. Honor və Huawei isə bu cür OLED ekrana sahib planşetlərini bu ilin sonuna kimi təqdim etməyi planlaşdırırlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Honor Magic V3-ün qlobal versiyasının təqdimatını anons edib
    qatlana-bilen-honor-magic-v3-un-qlobal-versiyasinin-teqdimatini-anons-edib
    ABŞ hökuməti Huawei şirkətinə qarşı olan sanksiyaları aradan qaldıra bilər
    abs-hokumeti-huawei-sirketine-qarsi-olan-sanksiyalari-aradan-qaldira-bile
    Honor Magic 7 Pro-nun render fotosu təqdim edilib
    honor-magic-7-pro-nun-render-fotosu-teqdim-edilib
    Huawei şirkətinin 3 qat qatlana bilən smartfonunun yeni fotoları ortaya çıxıb
    huawei-sirketinin-3-qat-qatlana-bilen-smartfonunun-yeni-fotolari-ortaya-cixib
    Qlobal bazarda Redmi Buds 6 Active naqilsiz qulaqlığı təqdim edilib
    qlobal-bazarda-redmi-buds-6-active-naqilsiz-qulaqligi-teqdim-edilib