
Xiaomi Mi 10 Lite Zoom smartfonunun dəstəyi dayandırılıb
Xiaomi şirkəti təqdimatdan 3 il sonra Mi 10 Lite Zoom (Mi 10 Youth Edition) smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb. Şirkət sözügedən smartfonu EOS (End Of Support List) siyahısına daxil edib. Bu isə o deməkdir ki, Mi 10 Lite Zoom smartfonu bundan sonra əməliyyat sistemi və hər ay təhlükəsizlik yenilənmələrini əldə etməyəcək. Qeyd etmək lazımdır ki, Mi 10 Youth Edition smartfonu 2020-ci ilin aprel ayında Çin bazarında satışa çıxmışdı. Bir neçə aydan sonra isə onun qlobal versiyası olan Mi 10 Lite Zoom satışa çıxdı.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...