main-post-cover

    Xiaomi Mi 11 flaqman smartfon modelinin real fotoları ortaya çıxıb

    Cihazlar+
    12.12.2020
    Farid Pardashunas
        Hələ təqdim olunmamış Xiaomi Mi 11 flaqman smartfon modelinin real fotoları internetdə ortaya çıxıb. Ortaya çxımış fotolar sayəsində bu smartfonun arxa panelinin dizaynnı qiymətləndirmək olar. Bu barədə 4pda saytı xəbər verib. Məlumata əsasən sözügedən fotolar smartfonun reklam videosunun çəkilişi zamanı çəkilib. Çəkilmiş fotolarda smartfonun arxa kamera sisteminə nəzər yetirmək olar. Əvvəlcədən də gözlənildiyi kimi Mi 11 modelinin arxa kamera sistemi kvadrat formada reallaşdırılacaq. Ortaya çıxmış fotolardan görmək olar ki, smartfon 2 böyük və 1 kiçik kamera sensoruna sahibdir.
        Təəssüflər olsun ki, fotolarda smartfonnun ön paneli əks olunmayıb. Lakin məlumat sızıntılarına əsasən Mi 11-in ön paneli ilə Mi 10-un ön paneli arasında ciddi fərq olmayacaq. Bundan əlavə olaraq Mi 11-in kənarları əyilmiş ekrana və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntıya sahib olacağı gözlənilir. Bu ayın əvvəlində Xiaomi rəsmi şəkildə təsdiqləmişdi ki, Mi 11 smartfonu Snapdragon 888 flaqman prosessorunu əldə edəcək. Xiaomi Mi 11 seriyasının artıq gələn ay təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər