Xiaomi Mi 11-in Avropa bazarındakı qiymətləri ortaya çıxıb

Xiaomi Mi 11-in Avropa bazarındakı qiymətləri ortaya çıxıb

Mobil Cihazlar
05.02.2021 PAYLAŞIM

    Dekabr ayının sonunda Xiaomi şirkəti Snapdragon 888 prosessoruna sahib ilk smartfonu olan Mi 11-i təqdim etmişdi. Bir neçə gün sonra isə bu smartfon Çin bazarında satışa çıxmışdı. İndi isə şirkət Mi 11-in qlobal versiyasının təqdimatına hazırlaşır. Təqdimata az müddət qalmış smartfonun qlobal versiyasının Avropa bazarındakı satış qiymətləri ortaya çıxıb. İnsayderlərin verdikləri məlumata əsasən Xiaomi şirkəti Avropa bazarında Mi 11-in iki versiyasını satışa çıxardacaq. 8 GB RAM ilə 128 GB daxili yaddaşa sahib birinci versiya və 8 GB RAM ilə 256 GB daxili yaddaşa sahib ikinci versiya.

    Qeyd etmək lazımdır ki, Çin bazarında həmçinin 12 GB RAM ilə 256 GB daxili yaddaşa sahib versiya da satılır. Lakin çox güman ki, bu versiya qlobal bazarda satışa çıxmayacaq və yalnız Çin bazarında satılmağa davam edəcək. Beləliklə ortaya çıxmış məlumata əsasən 128 GB daxili yaddaşa sahib Mi 11 modeli Avropa bazarında 799 avroya, 256 GB daxili yaddaşa sahib model isə 899 avroya satılacaq. Qeyd etmək lazımdır ki, ortaya çıxmış satış qiymətləri Xiaomi tərəfindən təsdiqlənməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub

Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyy..


Qatlana bilən Xiaomi Mi Mix Fold-un təmiri Mi 11 Pro-nun satış qiymətindən baha ..

Xiaomi-nin ilk qatlana bilən smartfonu olan Mi Mix Fold şirkətin ən bahalı smartfonu olmaqla yanaşı ..


Lenovo Legion 2 Pro gamer smartfonu təqdim olunub - QİYMƏTİ

Lenovo şirkəti Lenovo Legion 2 Pro (başqa adı Lenovo Legion Phone Duel 2) gamer smartfonunu təqdim e..


LG şirkəti dəstəyini dayandırmayacağı smartfonların adlarını açıqlayıb..

LG şirkəti mobil biznesinin bağlanmasına baxmayaraq öz smartfonlarını 3 il müddətində dəstəkləyəcəyi..


LG şirkəti son smartfon təqdimatı ilə bağlı yayılmış məlumatlara aydınlıq gətiri..

Bir neçə gün bundan öncə LG şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan etmişdi...


LG şirkəti özünün son smartfon modelini təqdim edə bilər

Dünən LG Electronics şirkəti öz mobil biznesinin bağlandığını rəsmi şəkildə elan etdi.

×