main-post-cover

    Xiaomi Mi 11 Lite smartfon modelinin bəzi texniki özəllikləri güvənli mənbə vasitəsilə sızdırılıb

    Cihazlar+
    07.01.2021
    Farid Pardashunas
        Xiaomi Mi 11 flaqman smartfonunun təqdimatından sonra ABŞ-ın FCC adlı nizamlayıcı orqanı Mi 11 Lite smartfon modelini sertifikatlaşdırıb. Sertifikatlaşdırma nəticəsində Mi 11 Lite modelinin bir sıra texniki özəllikləri ortaya çıxıb. İnsayderlər isə onun güman olunan satış ayı ilə qiymətini açıqlayıblar. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə ortaya çıxmış məlumata əsasən Mi 11 Lite modeli 6 GB RAM, 128/256 GB daxili yaddaş həcmi və 33 vatt gücündə sürətli şarj texnologiyasına sahib 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Bununla yanaşı smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, bu smartfon Snapdragon 732G prosessoru ilə təchiz olunacaq və Mi 11 seriyasının 5G dəstəyini əldə etməmiş yeganə smartfonu olacaq. Heç istisna deyil ki, Mi 11 Lite həmçinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran ilə də təchiz olunsun. Gözləntilərə əsasən Mi 11 Lite modeli mart ayında 314$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər