main-post-cover

    Xiaomi Mi 11 Lite smartfonunun real fotoları ortaya çıxıb

    Cihazlar+
    24.02.2021
    Emil Nəcəfov
        Xiaomi Mi 11 flaqman smartfonunun təqdim olunmasından sonra insayderlər onun sadələşdirilmiş modeli barəsində məlumat vermişdilər. Söhbət, Mi 11 Lite modelindən gedir. İndi isə sözügedən smartfonun bir sıra real fotoları ortaya çıxıb, insayderlər isə onun texniki özəllikləri barəsində məlumat veriblər. Ortaya çıxmış real fotolardan həmçinin məlum olub ki, smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfon 2.3 GHz tezlikdə çalışan prosessor ilə təchiz olunacaq. Lakin prosessorun dəqiq modeli hələki bilinmir.
        Bununla yanaşı Mi 11 Lite 6 GB RAM-ı da özündə birləşdirəcək. Fotolardan görmək olar ki, smartfon üçlü arxa kameraya sahib olcaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Mi 11 Lite modeli Snapdragon 775G prosessoru və 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Həmçinin məlumdur ki, smartfonun kameralarından ən əsası 64 MP-lik olacaq və kameralardan biri 5 qat optik zoom özəlliyinə sahib olacaq. Mi 11 Lite modelinin yaxın həftələrdə təqdim olunacağı gözlənilir. Onun hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.
    Linki kopyala