Xiaomi Mi Mix 4 flaqman smartfonunun render fotosu təqdim olunub
Cihazlar+
12.04.2021
Farid Pardashunas
Ice Universe ləqəbli məşhur çinli insayder hələ təqdim olunmamış Mi Mix 4 smartfon modelinin keyfiyyətli render fotosunu təqdim edib. Bundan əlavə olaraq o, sözügedən smartfonun əldə edəcəyi bəzi özəllikləri və smartfonun nə zaman təqdim olunacağını söyləyib. İnsayderin sözlərinə əsasən Mi Mix 4 modeli Xiaomi-nin ön kameranın ekranın alt hissəsinə inteqrasiya ediləcəyi ilk smartfonu olacaq.
Bundan əlavə olaraq insayder bildirib ki, smartfon ekranının kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq və smartfonun özü bir sıra yeni texnologiyalar ilə təchiz olunacaq. Lakin söhbətin hansı texnologiyalardan getdiyi bilinmir. Hələ bir neçə müddət bundan öncə Xiaomi təmsilçiləri qeyd etmişdilər ki, onlar ekranın alt hissəsinə inteqrasiya edilən üçüncü nəsil kameranın testini uğurla keçirdiblər. Əvvəlki məlumat sızıntılarında isə qeyd olunmuşdu ki, Mi Mix 4 həmçinin 120 vatt gücündə sürətli şarj texnologiyasını da əldə edəcək. Smartfonun bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!