Logo
    main-post-cover

    Xiaomi minimum iki yeni qatlana bilən smartfon üzərində çalışır

    Cihazlar+
    06.02.2024
    Emil
         Bu il ərzində müxtəlif smartfon istehsalçıları öz qatlana bilən cihazlarını təqdim edəcəklər. Onların arasında Xiaomi də olacaq. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Xiaomi hal-hazırda minimum iki ədəd qatlana bilən smartfon üzərində çalışır. Onlardan biri qatlana bilən qapaqlı smartfon olacaq. İnsayderin sözlərinə əsasən şirkətin qatlana bilən qapaqlı smartfonu ikili arxa kameranı əldə edəcək və onlardan ən əsası 50 MP-lik olacaq. Bu smartfonun Mix Flip adını əldə edəcəyi güman edilir. İkinci smartfon isə Mix Fold 4-dür. İnsayder bildirib ki, Xiaomi Mix Fold 4 smartfonu dördlü arxa kamera ilə təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Hər iki smartfonun peyk rabitəsi funksiyasını əldə edəcəyi gözlənilir.
    Paylaş