Logo
    main-post-cover

    Xiaomi MIX Flip 2 barəsində yeni təfərrüatlar təqdim edilib

    Cihazlar+
    06.02.2025
    Emil
         Çindən yayılan yeni bir şayiəyə görə, Xiaomi tezliklə yeni qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonunu təqdim etməyə hazırlaşır. Bu smartfon haqqında bəzi detallar artıq məlumdur. Digital Chat Station ləqəbli məşhur insayderin məlumatına görə, cihaz 5100 mAh enerji tutumlu batareya ilə təchiz ediləcək. Bu, birinci nəsil Xiaomi MIX Flip-in 4780 mAh-lıq batareyasından böyük olsa da, əvvəl gözlənilən 5600-5700 mAh-lıq batareyadan kiçikdir.
         İnsayder həmçinin bildirib ki, MIX Flip 2 2025-ci ilin ikinci rübündə - aprel-iyun ayları arasında bazara çıxacaq. Əvvəllər cihazın yalnız ilin birinci yarısında buraxılacağı bildirilirdi, lakin indi dəqiq zaman aralığı daha aydın olub. Digital Chat Station əlavə edib ki, yeni qatlana bilən qapaqlı smartfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq.
         Cihaz 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə, daha yaxşı qatlanma mexanizminə və xüsusilə qadın istifadəçilərə yönəlmiş bir sıra fərdiləşdirmə seçimlərinə malik olacaq. Xiaomi MIX Flip 2 ehtimal ki, Snapdragon 8 Elite prosessoru ilə təchiz edilən ilk qatlana bilən qapaqlı smartfon olacaq. Bundan əlavə, bu model orijinal MIX Flip-dən daha nazik olacaq. Cihazın arxa tərəfində iki kamera yer alacaq:
    - 50 MP əsas kamera (optik stabilizasiya dəstəkli)
    - 50 MP ultra geniş bucaqlı kamera.
    Paylaş
    Bənzər xəbərlər
    redmi-ve-poco-brendlerini-ehate-eden-9-eded-smartfonun-resmi-desteyi-dayandirilib
    Cihazlar+

    REDMI və POCO brendlərini əhatə edən 9 ədəd smartfonun rəsmi dəstəyi dayandırılıb

    Xiaomi şirkəti REDMI və POCO brendlərini əhatə edən bəzi smartfonların rəsmi dəstəklərini dayandırıb. Belə ki, bu brendləri əhatə edən 9 ədəd smartfon şirkətin EoS (End of Support) siyahısına daxil edilib.
    cin-dovlet-qurumu-xiaomi-yu7-nin-bezi-ozelliklerini-teqdim-edib
    Nəqliyyat

    Çin dövlət qurumu Xiaomi YU7-nin bəzi özəlliklərini təqdim edib

    Xiaomi hələ dekabr ayında YU7 adlı elektromobilini sərgiləmişdi, lakin onun texniki xüsusiyyətləri barəsində demək olar ki, heç bir məlumat paylaşmamışdı. Xiaomi-nin yerinə bunu başqa təmsilçi edib.
    xiaomi-15-ultra-nin-qlobal-versiyasi-sertifikatlasdirmadan-kecib
    Cihazlar+

    Xiaomi 15 Ultra-nın qlobal versiyası sertifikatlaşdırmadan keçib

    Xiaomi yaxın zamanda Xiaomi 15 Ultra flaqman smartfonunu təqdim etməlidir. Böyük ehtimal ilə smartfon ilk növbədə Çin bazarında daha sonra isə qlobal bazarda təqdim ediləcək. Məlum olub ki, Xiaomi 15 Ultra-nın qlobal versiyası ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikatlaşdırmadan keçib.
    xiaomi-15-ultra-2025-ci-ilin-en-yaxsi-kamera-smartfonu-olmaga-iddialidir
    Cihazlar+

    Xiaomi 15 Ultra 2025-ci ilin ən yaxşı kamera smartfonu olmağa iddialıdır

    Technote.az CNET platformasına istinadən bildirir ki, Xiaomi 15 Ultra smartfonu ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Bu cihazın 2025-ci ildə ən yaxşı kamera smartfonlarından biri olacağı gözlənilir.
    xiaomi-adi-belli-olmayan-yeni-flaqman-smartfon-uzerinde-calisir
    Cihazlar+

    Xiaomi adı bəlli olmayan yeni flaqman smartfon üzərində çalışır

    Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Xiaomi-nin adı bəlli olmayan yeni smartfonu ortaya çıxıb. Ortaya çıxmış smartfon 25042PN24C model nömrəsinə sahibdir.