Logo
    main-post-cover

    Xiaomi MIX Flip 2 gözlənildiyindən daha tez təqdim oluna bilər

    Cihazlar+
    28.12.2024
    Emil
         Xiaomi şirkəti gələn il qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonunu təqdim etməlidir. Bir neçə gün bundan öncə məlum oldu ki, bu smartfonun qlobal versiyası artıq Avropa İqtisadi Komissiyasında sertifikasiya qeydiyyatından keçib. Bu isə onun Çin bazarı ilə yanaşı qlobal bazarda da satışa çıxacağını indidən təsdiqləyib. İndi isə Xiaomi MIX 2-nin təqdimat müddəti barəsində məlumat ortaya çıxıb.
         Beləliklə ortaya çıxmış məlumata əsasən bu yeni qatlana bilən qapaqlı smartfon 2025-ci ilin iyul ayına kimi təqdim olunacaq. Qeyd etmək lazımdır ki, birinci nəsil Xiaomi MIX Flip smartfonu bu ilin iyul ayında təqdim olunmuşdu. Burdan da belə qənaətə gəlmək olar ki, Xiaomi MIX Flip 2 smartfonu gözləniləndən daha tez təqdim oluna bilər. Bundan əlavə olaraq ortaya çıxmış məlumatda həmçinin qeyd edilib ki, Xiaomi-nin bu yeni smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və birinci nəsil Xiaomi MIX Flip ilə müqayisədə daha nazik gövdəyə sahib olacaq. Smartfonun gövdəsinin isə IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacağı gözlənilir.
    Paylaş