
Xiaomi MIX Flip 2-nin xarici görünüşü rəsmi şəkildə sərgilənib
Cihazlar+
24.06.2025
Emil
Xiaomi şirkəti 26 iyun tarixində MIX Flip 2 smartfonunu təqdim edəcək. Təqdimata az müddət qalmış şirkət sözügedən yeni qatlana bilən qapaqlı smartfonunun xarici görünüşünü sərgiləyib. Məlumata əsasən Xiaomi MIX Flip 2 smartfonu 6.86 düym ölçülü daxili ekranla təchiz olunacaq. Bununla yanaşı smartfon özündə yenilənmiş şarnir konstruksiyasını birləşdirəcək. Gözləntilərə əsasən MIX Flip 2 -nin xarici ekranı 4.01 düym təşkil edəcək. Cihazın Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.





Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
