Logo
    main-post-cover

    Xiaomi Mix Flip adlı qatlana bilən qapaqlı smartfon üzərində çalışır

    Cihazlar+
    05.09.2023
    Emil
        Yay fəslinin əvvəlində məlumat ortaya çıxmışdı ki, Flip form-faktoruna sahib qatlana bilən smartfonların uğurlu olmalarının fonunda Xiaomi özünün ilk bu cür smartfonunu hazırlayır. İndi isə məlum olub ki, Xiaomi Mix Flip adı IMEI məlumatlar bazasında ortaya çıxıb. Onun kodu IMEI məlumatlar bazasında 2311BPN23C kimi qeyd edilib. İlk 4 rəqəmdən belə qənaətə gəlmək olar ki, Xiaomi Mix Flip-i ya noyabr ya da dekabr ayında təqdim etməyi planlaşdırır. Smartfonun bu ilin sonunda təqdim olunma ehtimalını aradan qaldırmaq lazım deyil. Lakin ən real vəziyyət kimi Mix Flip-in təqdimatı 2024-cü ilin birinci yarısında baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər