Xiaomi MIX Flip-in daha öncəki prototipləri sərgilənib
Cihazlar+
18.07.2024
Emil Nəcəfov
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip smartfonunun təqdimatından bir gün qabaq Xiaomi şirkətinin CEO-su Lei Jun sözügedən smartfonun hazırlanması ilə bağlı təfərrüatları və onun bir neçə prototipinin fotolarını təqdim edib. Fotolarda təqdim edilmiş prototiplər Xiaomi MIX Flip-in hazırlandığı 5 il müddətində ərsəyə gəliblər. Smartfonun final versiyasının arxa panelinin yuxarı hissəsinin tamamilə ekran ilə əhatə olunmasına baxmayaraq daha əvvəlki prototiplərdə bir qədər fərqli dizaynlardan istifadə edilib. Təqdim edilmiş fotolardan da görmək olar ki, şirkət Xiaomi MIX Flip-in aşağıda qeyd edilmiş dizayn variantlarını yoxlayıb.
- Arxa panelin yuxarı hissəsinin mərkəzində böyük ölçülü dairəvi ekran
- Xarici ekranın yuxarı sol hissəsində şaquli vəziyyətdə yerləşən iki ədəd kamera
- Xarici ekran üzərində kvadrat formalı kamera sahəsi.
Lei Jun bildirib ki, daha öncə şirkət Xiaomi MIX Flip-in xarici ekranı üçün ayrıca xüsusi interfeys hazırlamağı nəzərdən keçirirdi. Bu baxımdan xarici ekran smart saatı xatırladacaqdı. Lakin daha sonra şirkət bu cür ideyadan imtina etdi. Bununla yanaşı Xiaomi CEO-su bildirib ki, MIX Flip-in bu qədər uzun müddət ərzində hazırlanmasının əsas səbəbi ondadır ki, şirkət sadəcə olaraq olduqca yaxşı olmayan məhsulu bazara çıxartmaq istəmirdi. Qeyd etmək lazımdır ki, sabah Xiaomi MIX Flip ilə birlikdə üstəlik Xiaomi MIX Fold 4 də təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Təqdimatdan bir gün qabaq Xiaomi MIX Flip-in xarici ekranı ilə bağlı təfərrüatlar təqdim edilib
Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-i artıq sabah təqdim edəcək.
Xiaomi, ağıllı çətirini təqdim edib!
Xiaomi, ağıllı çətirini təqdim edib!
"Xiaomi Risetime" elektron çətiri, istifadəçi heç bir güc tətbiq etmədən avtomatik olaraq açıla, bağlana və şarj oluna bilər.
Təqdimata sayılı günlər qalmış Xiaomi Smart Band 9 smart qolbağının bəzi özəllikləri təqdim edilib
Təqdimata sayılı günlər qalmış Xiaomi Smart Band 9 smart qolbağının bəzi özəllikləri təqdim edilib
Dünən Xiaomi şirkəti Xiaomi Smart Band 9 smart qolbağının təqdimatını anons etdi.
Xiaomi MIX Fold 4-ün qısa rekalm videosu təqdim edilib (VİDEO)
Xiaomi MIX Fold 4-ün qısa rekalm videosu təqdim edilib (VİDEO)
Xiaomi şirkəti dünən yeni qatlana bilən MIX Fold 4 smartfonunun təqdimatını anons etdi. Smartfon 19 iyul tarixində təqdim ediləcək.
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in təqdimatı anons edilib və xarici görünüşü sərgilənib
Qatlana bilən qapaqlı Xiaomi MIX Flip-in təqdimatı anons edilib və xarici görünüşü sərgilənib
Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu olacaq MIX Flip-in təqdimatını rəsmi şəkildə anons edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!