
Xiaomi MIX Flip-in qlobal versiyası şirkət saytında ortaya çıxıb
Cihazlar+
16.08.2024
Emil
Xiaomi şirkəti keçən ay Çində təqdim etmiş olduğu qatlana bilən qapaqlı MIX Flip smartfonunu qlobal bazarda satışa çıxartmağa hazırlaşır. Məlum olub ki, sözügedən smartfon Xiaomi-nin rəsmi saytının qlobal versiyasının texniki dəstək xidməti bölməsində artıq ortaya çıxıb. Saytın texniki dəstək xidməti bölməsində qeyd edilmiş məlumata əsasən Xiaomi MIX Flip smartfonu 12/16 GB RAM-ı və 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edəcək.
Bununla yanaşı smartfonun qlobal versiyası 4 gövdə rəngində satışa çıxacaq. Bənövşəyi, qara, ağ və Nylon Fiber Edition. Xiaomi MIX Flip-in qlobal versiyasının nə zaman təqdim olunacağı barəsində məlumat saytda əks olunmayıb. Lakin bir neçə gün bundan öncə ortaya çıxmış məlumata əsasən Xiaomi bu ayın sonunda Xiaomi 14T smartfon seriyasının təqdim ediləcəyi təqdimat tədbiri keçirəcək və MIX Flip-in qlobal versiyası da məhz həmin tədbirdə təqdim ediləcək.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
