Xiaomi MIX Flip-in qlobal versiyası təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti iyul ayında Çində təqdim etmiş olduğu ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi MIX Flip-i qlobal bazarda təqdim edib. Smartfonun qlobal versiyası texniki özəlliklər baxımından Çində satılan versiyadan heç də fərqlənmir. Sadəcə olaraq Xiaomi MIX Flip-in qlobal versiyası yalnız bir variantda təqdim edilib. Söhbət, 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. Digər texniki özəlliklərə gəldikdə isə Xiaomi MIX Flip 120 Hz-lik təsvir yenilənməsinə sahib 2912x1224 piksel keyfiyyətli 6.86 düym ölçülü daxili OLED ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 1392x1208 piksel keyfiyyətli 4.01 düym ölçülü xarici OLED ekranla təchiz olunub.
Xiaomi MIX Flip Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və özündə 50 MP (f/1.7 diafraqma, avtofokus, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, avtofokus, 2 qat optik zoom, optik stabilizasiya) ikili arxa kamera ilə 32 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə Xiaomi MIX Flip 67 vatt gücündə sürətli şarj texnologiyalı 4780 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Xiaomi MIX Flip-in qlobal versiyası artıq satışa çıxıb. Onun qiyməti isə 1300 avro təşkil edir
xiaomi mix flip global
xiaomi mix flip global version
xiaomi foldable phone
Xiaomi
xiaomi foldable phone 2024
xiaomi mix flip
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...