
Xiaomi MIX Flip-in qlobal versiyasının hansı qiymətə satılacağı məlum olub
Cihazlar+
23.07.2024
Emil
Xiaomi keçən həftə Çində Xiaomi MIX Flip smartfonunu təqdim etdi. Dünən isə məlumat ortaya çıxdı ki, Xiaomi MIX Flip Çin ilə yanaşı qlobal bazarda da satılacaq. Xiaomi özü MIX Flip-in qlobal versiyasını hələ anons etməyib. Lakin buna baxmayaraq MIX Flip-in qlobal versiyası Wonda Mobile adlı online mağazanın saytında artıq ortaya çıxıb. Bunun sayəsində smartfonun qlobal versiyasının hansı qiymətə satılacağı məlum olub.
Dünən ortaya çıxmış məlumatda həmçinin qeyd edilmişdi ki, Xiaomi MIX Flip qlobal bazarda yalnız bir versiyada satılacaq. Söhbət, 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib versiyadan gedir. Wonda Mobile online mağazasının saytında da məhz bu versiya əks olunub. Smartfonun qiymətinə gəldikdə isə saytda 1189$ qeyd edilib. Müqayisə üçün qeyd etmək lazımdır ki, eyni RAM və daxili yaddaş həcmi göstəricilərinə sahib Galaxy Z Flip 6 smartfonu 1219$-a, Motorola Razr 50 Ultra smartfonu isə 1200$-a satılır.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
