
Xiaomi MIX Flip-in qlobal versiyasının təqdimatı təsdiqlənib
Cihazlar+
20.09.2024
Emil
Xiaomi şirkəti iyul ayında Çində MIX Flip adlı ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etdi. Daha öncə məlumat ortaya çıxmışdı ki, sözügedən smartfon Çin bazarı ilə yanaşı qlobal bazarda da satılacaq. İndi isə bu məlumat təsdiqlənmiş oldu. Belə ki, Xiaomi şirkəti MIX Flip-in qlobal versiyasının təqdimatını anons edib. Xiaomi-nin CEO-su Lei Jun bildirib ki, MIX Flip smartfonu qlobal bazarda sentyabr ayının sonunda təqdim olunacaq. Konkret təqdimat tarixi açıqlanmasa da çox güman ki, smartfon 25 sentyabrda təqdim ediləcək. Belə ki, həmin tarix üçün şirkət artıq Redmi Watch 5 Lite smart saatının təqdimatını elan edib. Heç istisna deyil ki, həmin tarixdə MIX Flip ilə yanaşı həmçinin Xiaomi 14T smartfonları da təqdim olunsun.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
