
Xiaomi Mix Flip-in sxematik fotosu təqdim edilib
Cihazlar+
19.03.2024
Emil
Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Xiaomi şirkəti ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır. Sözügedən smartfonun Xiaomi Mix Flip adlanacağı güman edilir. İndi isə GSMChina saytı Mix Flip-in sxematik fotosunu və smartfon barəsində bəzi məlumatları təqdim edib. Təqdim edilmiş sxematik fotoya əsasən Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu iki ədəd ekrana sahib olacaq. Onlardan biri gövdənin daxilində, digəri isə xaricində yerləşəcək. Bununla yanaşı sözügedən smartfon ikili arxa kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, Mix Flip smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Xiaomi Mix Flip-in təqdimatının nə zaman baş tutacağı bilinmir. Lakin onun bu il ərzində təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
