
Xiaomi Mix Flip-in yeni sxematik fotosu təqdim edilib
Cihazlar+
14.06.2024
Emil
Xiaomi yaxın zamanda qatlana bilən Xiaomi Mix Fold 4 ilə yanaşı həmçinin ilk qatlana bilən qapaqlı smartfonu Xiaomi Mix Flip-i də təqdim etməlidir. Xiaomi Mix Flip barəsində məlumat hələ çox azdır. Lakin bununla belə onun barəsində məlumatlar tədricən ortaya çıxırlar. Bu dəfə Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi Mix Flip-in yeni sxematik fotosunu təqdim edib. Təqdim edilmiş sxematik fotodan da görmək olar ki, Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu həqiqətən də böyük ölçülü xarici ekranı əldə edəcək. Bununla yanaşı smartfon ikili arxa kamera ilə təchiz olunacaq və kameralar şaquli şəkildə yerləşəcəklər. Xiaomi Mix Flip-in texniki göstəriciləri barəsində dəqiq məlumatlar olmasa da, onun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
