
Xiaomi Mix Flip nazik və yüngül gövdəni əldə edə bilər
Cihazlar+
29.01.2024
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində növbəti məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən şirkətin növbəti qatlana bilən smartfonu nazik və yüngül gövdəni əldə edəcək. Bununla yanaşı insayder qeyd edib ki, qatlana bilən smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə peyk rabitəsi funksiyasını birləşdirəcək. İnsayder smartfonun necə adlanacağı barəsində məlumat verməsə də, onun təqdim etmiş olduğu texniki imkanlar böyük ehtimal ilə qatlana bilən qapaqlı Xiaomi Mix Flip-ə aiddir. Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Xiaomi öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır və onun Mix Flip adını əldə edəcəyi güman edilir. Sözügedən smartfonun bu il ərzində təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
