
Xiaomi Mix Fold 3-ün daxili ekranı nə ilə təəccübləndirəcək?
Xiaomi şirkətinin 14 avqust tarixində keçirəcəyi təqdimat tədbirində əsas diqqət qatlana bilən Mix Fold 3 smartfonuna ayrılacaq. Təqdimata sayılı günlərin qalmasına baxmayaraq sözügedən smartfon barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ortaya çıxmış yeni məlumatlarda Mix Fold 3-ün daxili ekranının özəllikləri əks olunub.
Beləliklə məlumatlarda qeyd edilib ki, Xiaomi-nin yeni qatlana bilən smartfonu 8.03 düym daxili ekran ilə təchiz olunacaq və onun maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edəcək. Daxili ekran Samsung tərəfindən hazırlanıb və 2K keyfiyyətindədir. Bununla yanaşı ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Məlumatda qeyd edilib ki, Mix Fold 2-nin daxili ekranı ilə müqayisədə yeni qatlana bilən smartfonun daxili ekranı daha az enerji sərfiyyatına sahib olacaq.
Paylaş
Bənzər xəbərlər