Logo
    main-post-cover

    Xiaomi Mix Fold 3-ün əsas texniki göstəricilərindən biri barəsində məlumat ortaya çıxıb

    Cihazlar+
    12.07.2023
    Emil
        Xiaomi-nin növbəti qatlana bilən smartfonu olacaq Mix Fold 3 barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edir. Bu dəfə smartfon Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində Mix Fold 3-ün hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi məlum olub. Beləliklə məlumata əsasən Xiaomi-nin yeni qatlana bilən smartfonu 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Hal hazırda aktual olan Mix Fold 2 də eyni gücdə sürətli şarj texnologiyasına sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, 26 iyul tarixində təqdim ediləcək Galaxy Z Fold 5 ya 25 vatt ya da 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olmalıdır.
    Paylaş
    Bənzər xəbərlər