Logo
    main-post-cover

    Xiaomi Mix Fold 3-ün qlobal bazarda satılıb-satılmayacağına aydınlıq gətirilib

    Cihazlar+
    16.08.2023
    Emil
        14 avqust tarixində Xiaomi şirkəti öz yeni qatlana bilən smartfonu Mix Fold 3-ü təqdim etdi. Sözügedən yeni qatlana bilən smartfon yaxın günlərdə Çində satışa çıxmalıdır. Lakin təqdimat tədbiri çərçivəsində bu smartfonun qlobal bazarda satışa çıxıb-çıxmayacağı barəsində heç bir məlumat verilmədi. Nəticədə elə bir fikir yarandı ki, Mix Fold 3 eksklüziv olaraq yalnız Çin bazarında satılacaq. Belə ki, keçən il təqdim edilmiş Mix Fold 2 modeli də eksklüziv olaraq yalnız Çində satışa çıxmışdı. İndi isə şirkət Mix Fold 3 barəsində bu məsələyə aydınlıq gətirib. Xiaomi-nin ictimaiyyətlə əlaqələr direktoru olan Daniel Desjarlais bildirib ki, Mix Fold 2 kimi Mix Fold 3 də eksklüziv olaraq yalnız Çin bazarında satışa çıxacaq.
    Paylaş
    Bənzər xəbərlər