Logo
    Xiaomi MIX Fold 4-ün qısa rekalm videosu təqdim edilib (VİDEO)

    Xiaomi MIX Fold 4-ün qısa rekalm videosu təqdim edilib (VİDEO)

    Cihazlar+
    17.07.2024
         Xiaomi şirkəti dünən yeni qatlana bilən MIX Fold 4 smartfonunun təqdimatını anons etdi. Smartfon 19 iyul tarixində təqdim ediləcək. İndi isə şirkət Çinin Weibo adlı sosial şəbəkəsində MIX Fold 4-ün qısa reklam videosunu təqdim edib. Təqdim edilmiş videoda smartfonun daxili komponentləri ilə xarici görünüşü sərgilənib. Bununla yanaşı videodan da görmək olar ki, Xiaomi MIX Fold 4 olduqca nazik gövdəyə sahib olacaq. Rəsmi məlumata əsasən smartfonun qatlanmış vəziyyətdə qalınlığı 9.47 mm təşkil edəcək. Onun çəkisi isə 226 qramm olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi MIX Fold 4-ün Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...