main-post-cover

    Xiaomi MIX Fold 4--ün qlobal versiyası ortaya çıxıb

    Cihazlar+
    26.07.2024
    Emil Nəcəfov
         Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi-nin ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip qlobal bazarda da satışa çıxacaq. Belə ki, sözügedən smartfonun qlobal versiyası Wonda Mobile adlı online mağazada ortaya çıxmış və orda onun qiyməti qeyd edilmişdi. Lakin indiyənə kimi Xiaomi-nin digər qatlana bilən smartfonu olan MIX Fold 4-ün qlobal bazarda satılıb-satılmayacağı aydın deyildi. İndi isə bu məsələyə aydınlıq gəlib. Belə ki, Xiaomi MIX Fold 4 smartfonu Trading Shenzhen və Wonda Mobile online mağazalarında ortaya çıxıb.
         Sözügedən mağazalara əsasən Xiaomi MIX Fold 4 qlobal bazarda 3 versiyada satılacaq. Birinci versiya 12 GB RAM ilə 256 GB-lıq yaddaşa, ikinci versiya 16 GB RAM ilə 512 GB-lıq yaddaşa, üçüncü versiya isə 16 GB RAM ilə 1 TB-lıq yaddaşa sahib olacaq. Bu online mağazalarda hər üç versiyanın satış qiymətləri də əks olunub. Beləliklə birinci versiya 1427 avro / 1489$-a, ikinci versiya 1527 avro / 1639$-a, üçüncü versiya isə 1697 avro / 1779$-a satılacaq. Xiaomi MIX Fold 4-ün qlobal bazarda yaxın zamanda satışa çıxacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 Ultra-nın hansı həcmdə batareyaya sahib olacağı açıqlanıb
    xiaomi-15-ultra-nin-hansi-hecmde-batareyaya-sahib-olacagi-aciqlanib
    Xiaomi 14T Pro smartfonu Geekbench testlərindən keçib
    xiaomi-14t-pro-smartfonu-geekbench-testlerinden-kecib
    POCO M6 Plus 5G-nin təqdimatı anons edilib
    poco-m6-plus-5g-nin-teqdimati-anons-edilib
    Büdcəli Redmi 14C smartfonu təqdimata hazırlaşır
    budceli-redmi-14c-smartfonu-teqdimata-hazirlasir
    Xiaomi SU7 Ultra-nın nə zaman satışa çıxacağı rəsmi şəkildə açıqlanıb
    xiaomi-su7-ultra-nin-ne-zaman-satisa-cixacagi-resmi-sekilde-aciqlanib