Logo
    main-post-cover

    Xiaomi MIX Fold 4 və MIX Flip-in təmir qiymətləri açıqlanıb

    Cihazlar+
    26.07.2024
    Emil
         Xiaomi şirkəti öz yeni qatlana bilən smartfonları olan MIX Fold 4MIX Flip-in təmir qiymətlərini açıqlayıb. Məlum olub ki, Xiaomi MIX Fold 4-ün ən bahalı komponenti qatlana bilən daxili ekranı, MIX Flip-in ən bahalı komponenti isə ana platadır. Beləliklə verilmiş məlumata əsasən Xiaomi-nin qatlana bilən daxili ekranının əvəzlənməsi 496$-a başa gələcək. Smartfonun 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyasının ana platasının əvəzlənməsinin qiyməti 356$, 16 GB RAM-a və 1 TB yaddaşa sahib versiyasının ana platasının əvəzlənməsinin qiyməti isə 398$ təşkil edir. Xiaomi MIX Fold 4-ün xarici ekran qiyməti 164$, ultra geniş bucaqlı kamerasının qiyməti 4$, əsas arxa kamerasının qiyməti 28$, telekamerasının qiyməti isə 37$-dır.
        Məlumatda qeyd edilib ki, Xiaomi MIX Fold 4-ün arxa qapağının əvəzlənməsi 32$-a, batareyasının əvəzlənməsi isə 39$-a başa gələcək. Xiaomi MIX Flip-ə gəldikdə, xəbərin əvvəlində də qeyd edildiyi kimi onun ən bahalı komponenti ana platadır. Belə ki, Xiaomi MIX Flip-in 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyasının ana platasının əvəzlənməsi 327$-a, 16 GB RAM-a və 1 TB yaddaşa sahib versiyasının ana platasının əvəzlənməsi isə 378$-a başa gələcək. Smartfonun daxili ekranının qiyməti 239$, xarici ekranının qiyməti isə 69$ təşkil edir. Kameralara gəldikdə, smartfonun əsas arxa kamerasının əvəzlənməsi 30$-a, ikinci arxa kamerasının əvəzlənməsi isə 21$-a başa gələcək. Batareya ilə arxa qapağın əvəzlənmə qiymətləri müvafiq olaraq 24$ və 17$ təşkil edir.
    Paylaş