Xiaomi MIX Fold 4 və MIX Flip smartfonları bu ay təqdim olunacaqlar
Cihazlar+
08.07.2024
Emil Nəcəfov
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti yeni qatlana bilən smartfonu Xiaomi MIX Fold 4-ün və ilk qatlana bilən qapaqlı smartfonu MIX Flip-in təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, bu smartfonların təqdimatları artıq çox yaxındır. Xiaomi şirkətinin təsisçisi və CEO-su olan Lei Jun öz sosial şəbəkə hesablarında bildirib ki, şirkət Pekində 81 000 kvadrat metr sahəsi olan yeni nəsil zavodu işə salıb. İşə salınmış zavodda il ərzində 10 milyon ədəd flaqman smartfon istehsal ediləcək. Bununla yanaşı Lei Jun qeyd edib ki, həmin zavodda həmçinin Xiaomi MIX Fold 4 və MIX flip smartfonları da istehsal olunacaq.
Lei Jun tərəfindən təqdim edilmiş posterin aşağı hissəsində isə qeyd edilib ki, adları sadalanmış smartfonlar artıq bu ay ərzində təqdim olunacaqlar. Posterdə dəqiq təqdimat tarixi əks olunmayıb. Çox güman ki, şirkət bu barədə rəsmi məlumatı yaxın zamanda təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Xiaomi MIX Fold 4 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP-lik əsas arxa kamera ilə 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Xiaomi MIX Flip-in texniki imkanları barəsində isə dəqiq məlumatlar hələ yoxdur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi K70 Ultra tamamilə yeni növ ekranı əldə edəcək
Redmi K70 Ultra tamamilə yeni növ ekranı əldə edəcək
Xiaomi və TCL şirkətləri birgə şəkildə mobil cihazlar üçün nəzərdə tutulmuş yeni ekranı anons ediblər. Anons edilmiş ekran ilk növbədə Redmi K70 Ultra smartfonuna quraşdırılacaq.
Redmi K70 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
Redmi K70 Ultra flaqman smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin Redmi brendi yaxın zamanda Redmi K70 Ultra smartfonunu təqdim edəcək.
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu qlobal bazarda da satılacaq
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu qlobal bazarda da satılacaq
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti növbəti qatlana bilən smartfonu olacaq Mix Fold 4 üzərində çalışır və onu təqdim etməyə hazırlaşır.
Xiaomi 15 Pro-nun əldə edəcəyi batareyanın həcmi açıqlanıb
Xiaomi 15 Pro-nun əldə edəcəyi batareyanın həcmi açıqlanıb
Xiaomi-nin bu ilin sonunadək təqdim edəcəyi Xiaomi 15 smartfon seriyasına daxil olacaq Xiaomi 15 Pro modeli barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər.
Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib
Qatlana bilən Xiaomi Mix Fold 4-ün keyfiyyətli render fotosu təqdim edilib
Xiaomi şirkəti yaxın zamanda Mix Fold 4 adlı yeni qatlana bilən smartfonunu təqdim etməlidir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!