Logo
    main-post-cover

    Xiaomi-nin 3 qat qatlana bilən smartfonunun render fotoları təqdim edilib

    Cihazlar+
    18.09.2024
    Emil
         Huawei şirkəti bir neçə müddət bundan öncə Mate XT ULTIMATE DESIGN adlı 3 qat qatlana bilən smartfonunu təqdim etdi. Bu cür smartfon üzərində digər bir məşhur şirkət də çalışır. Söhbət, Xiaomi-dən gedir. 91mobiles saytı Çinin CNIPA adlı patent bürosunun məlumatlar bazasında Xiaomi-nin 3 qat qatlana bilən smartfonunun render fotolarını aşkar edib. Mate XT ULTIMATE DESIGN kimi Xiaomi-nin də bənzər smartfonu iki hissədən təşkil olunacaq və özündə iki ədəd şarnir konstruksiyasını birləşdirəcək.
         Bununla yanaşı Xiaomi-nin 3 qat qatlana bilən smartfonu üçlü arxa kameranı əldə edəcək. 3 ədəd kameranın yerləşəcəyi kamera sahəsi smartfonun arxa panelində üfüqi vəziyyətdə mövcud olacaq. Maraqlısı ondadır ki, smartfonun ön panelində ön kamera görünmür. Çox güman ki, o, ekranın alt hissəsinə inteqrasiya ediləcək. Təəssüflər olsun ki, Xiaomi-nin bu smartfonu barəsində digər bir məlumat yoxdur. Sadəcə güman etmək olar ki, Xiaomi-nin 3 qat qatlana bilən smartfonu Xiaomi MIX seriyasına daxil olacaq. Smartfon artıq gələn il təqdim oluna bilər.
    Paylaş