Logo
    main-post-cover

    Xiaomi-nin hazırladığı super flaqman smartfon barəsində yeni məlumatlar təqdim edilib

    Cihazlar+
    14.06.2023
    Emil
        Digital Chat Station ləqəbli məşhur insayder dünən məlumat verdi ki, Xiaomi şirkəti super flaqman smartfon üzərində çalışır və hazırlanan smartfon 2019-cu ildə təqdim edilmiş konseptual Mi Mix Alpha smartfonunun ideoloji davamçısı olacaq. İndi isə insayder Xiaomi-nin super flaqman smartfonunun arxa panelinin sxematik fotosunu təqdim edib.
        Təqdim edilmiş fotodan da görmək olar ki, arxa paneldə yerləşəcək böyük ölçülü kamera sahəsi bir növ Xiaomi Black Shark seriyasının son modellərinin arxa panellərini xatırladır. Lakin digər maraqlı bir məlumat ondan ibarətdir ki, hazırlanan super flaqman smartfonun prototipi 1 düym ölçüyə sahib Sony IMX989 adlı iki ədəd böyük kamera sensoruna sahibdir. Smartfonun kommersiya məqsədli versiyasının da eyni kamera sensorlarına sahib olub-olmayacağı bilinmir. Lakin bunun olacağı halda o artıq təkcə kameraları hesabına alıcıların diqqətlərini öz üzərinə çəkə bilər.
    Paylaş
    Bənzər xəbərlər