
Xiaomi-nin ilk elektromobilinin start qiyməti məlum olub
Avtomobillər üçün nəzərdə tutulmuş komponentlərin istehsalı ilə məşğul olan Changchun Faway Automobile Components adlı şirkətin verdiyi məlumata əsasən Xiaomi şirkəti öz ilk elektromobilinin satış qiymətini artıq qərarlaşdırıb. Hal hazırda Xiaomi-nin elektromobil şöbəsi bir sıra partnyor ilə danışıqlar aparır. Şirkət öz ilk elektromobilinin yay və qış testlərini bu il reallaşdırmağı planlaşdırır. Elektromobilin təqdimatının bu il baş tutacağı və gələn il satışa çıxacağı gözlənilir. Məlumata əsasən şirkətin ilk elektromobilinin start qiyməti 20 000$ təşkil edəcək. Elektromobilin baza versiyası bir ədəd mühərrik ilə təchiz olunacaq. O, bir dəfə şarj olunandan sonra 800 km yol qətt edə biləcək. Bununla yanaşı şirkətin öz ilk elektromobilinin Pro versiyasını da təqdim etməyi planlaşdırır. Pro versiya artıq iki ədəd mühərrik ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər